Deputatın kəndlərdə qəbulu davam edir

Deputatın kəndlərdə qəbulu davam edir
# 19 avqust 2016 07:48 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov avqustun 18-də İsmayıllı rayonunun I Yeniyol, Qaraqaya və Qəndov kəndlərində seçiciləri ilə görüşüb.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbula gələn sakinlər əsasən kəndlərdə qazın verilişi, elektrik transformatorunun yenilənməsi və elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı millət vəkilinə müraciət ediblər. Novruz Aslanov bu barədə əlaqədar strukturlara məlumatın veriləcəyini sakinlərin diqqətinə çatdırıb.

Deputatın qərargahından o bildirilib ki, bu kimi problemlərin həlli məqsədilə daxil olmuş ərizələrə əsasən müvafiq hökumət strukturları ilə sıx əməkdaşlıq edilir. Belə əməkdaşlıq sayəsində bir çox məsələlər öz müsbət həllini tapıb və ya həlli istiqamətində müvafiq işlər görülüb.

Fərdi ərizələrlə yanaşı sakinlər tərəfindən kollektiv şəkildə imzalanmış ərizələr də icraata yönəldilir. Xüsusilə, təbii qaz, su, işıq və yolların təmiri ilə bağlı seçicilər tərəfindən kollektiv müraciətlər diqqət mərkəzində saxlanılır və aidiyyəti orqanlara məlumat verilir. Bu istiqamətdə müvafiq qurumlar lazımi addımları atır və problemlərin həllinə yönəldilmiş fəaliyyətlər nəzərdən keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR