APA-nın məlumatına görə, Dərbənd şəhərindən 15 kilometr aralıda baş vermiş partlayış nəticəsində Yol Patrul Xidmətinin əməkdaşı və 3 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.
İlkin məlumatlara görə, hadisə YPX əməkdaşının şübhəli avtomobili yoxlayan zaman baş verib.
RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Dərbənddə baş vermiş partlayışın "cənub qruplaşması"nın döyüşçüləri tərəfindən təşkil edildiyi haqqında məlumat yayıb. Məlumatda terrorçu-kamikadzenin avtomobilin sükanı arxasında olduğu və özünü partlatdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.