USAİD-in dəstəyi ilə Qubanın Qımılqazma kəndinin su təminatı yaxşılaşdırılıb

USAİD-in dəstəyi ilə Qubanın Qımılqazma kəndinin su təminatı yaxşılaşdırılıb
# 12 oktyabr 2016 16:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan və ABŞ-ın birgə təşəbbüsü ilə Quba rayonunun Qımılqazma kənd sakinlərinin su təminatını yaxşılaşdıran layihə başa çatıb.

USAİD-in Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli İcra Hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

USAID-in missiya direktoru Mikaela Meredis ABŞ-ın Azərbaycanla tərəfdaşlıq prinsipinə sadiq olduğunu deyib: “Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir”.


Qeyd edək ki, layihə nəticəsində Qımılqazma kəndinin 500-dən çox sakininin həyat və sanitar şəraiti yaxşılaşacaq, texniki su qıtlığı aradan qalxacaq. EWMI təşkilatının texniki dəstəyi ilə Qımılqazma icması 15 və 25 tonluq yeni çənlər inşa edib və 850 metr uzunluğunda yeni borular quraşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR