Bakıda II Respublika Elmi Konfransı keçirilib

Bakıda II Respublika Elmi Konfransı keçirilib
# 03 may 2017 11:04 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Konfransı keçirilib. 

 
  
APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Heydər Əliyevin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan elmi və mədəniyyətinin inkişafına diqqətindən bəhs edib.

 

 

“Ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan dövlətinin inkişafına həsr edib. Zaman keçdikcə, Heydər Əliyevin siması daha nəhəng  görünür. Ulu öndərin çoxəsrlik Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri və xidmətləri var. Heydər Əliyev təkcə elm və mədəniyyətin inkişafına yox, bütün sahələrin ən yüksək səviyyədə inkişaf etdirilməsinə qayğı və diqqət göstərib. Bugünkü konfransın əhəmiyyəti məhz bu baxımdan olduqca əhəmiyyətlidir”, - deyə o vurğulayıb. 
 
 

AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli isə konfransın əhəmiyyətindən danışıb, “Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri” mövzusunda məruzə ilə çıxış edib. 
 
 

Konfrans məruzələrlə davam etdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR