UNEC-də “Professorlar klubu” yaradılıb

UNEC-də “Professorlar klubu” yaradılıb
# 04 may 2016 12:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə UNEC-də “Professorlar Klubu” təsis edilib.

UNEC-dən APA-ya bildirilib ki, “Professorlar Klubu”nun yaradılmasında məqsəd professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək müasir cəmiyyətdə qabaqcıq ideyaları aşılamaqdır. Kluba üzv olanlar bilikləri, bacarıqları və həyat təcrübələrini bölüşmək üçün qeyr-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalı mühitində səmimi ünsiyyət qura biləcək.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkəbərovun təşəbbüsü ilə yaradılan klub Azərbaycanın və xarici ölkələrinin professorlarının, elmlər doktorlarının könüllülük və bərabərlik əsasında yaradılan birliyi funksiyasını öz üzərinə götürür. Klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantıların təşkili, beynəlxalq elmi cəmiyyətlərə klub üzvlərinin inteqrasiyasına nail olmaq, istedadlı gənc alimlərə hər tərəfli dəstək olmaq, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaq klubun fəaliyyət istiqamətində yer alıb.

Klubun idarəetmə orqanında Rəyasət heyəti və Sədr yer alıb. Həmçinin, üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktorları kluba qoşula bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR