Poroşenko: “Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı noyabrda qəbul ediləcək”

Poroşenko: “Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı noyabrda qəbul ediləcək”
# 23 oktyabr 2016 20:57 (UTC +04:00)

Bakı-APA. Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar noyabrın 24-dək qəbul ediləcək.

APA-nın “112 Ukrayna”ya istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

"Şübhəm yoxdur ki, vizasız rejimə dair sənəd imzalanacaq və Avropa Parlamenti tərəfindən ratifikasiya olunacaq. Mən hətta bunun hansı tarixədək baş verəcəyini də açıqlaya bilərəm – noyabrın 24-dək. Çünki həmin gün Ukrayna-Avropa İttifaqı sammiti baş tutacaq. Biz isə əvvəlcədən sənədlərin adıçəkilən tarixədək hazırlanması barədə razılığa gəlmişdik”, deyə P.Poroşenko bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR