"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 11 aprel 2017 13:54 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini cari ildə də davam etdirir.

 

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da  12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-ü isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.

 

Qeyd edək ki, bu ilin 1 aprel tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR