Binəqədidə “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib

Binəqədidə “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib
# 04 may 2017 08:33 (UTC +04:00)

Binəqədi rayon İcra Hakimiyyəti (RİH) və YAP Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçiriliib.

 

RİH-dən APA-ya bildirilib ki, YAP Binəqədi rayon Təşkilatının inzibati binasında keçirilən tədbiri giriş nitqi ilə Rayon Təşkilatının sədri Ramiz Göyüşov açıb. O bildirib ki, rayon təşkilatı H. Əliyevin həyatına, siyasi fəaliyyətinə, ideologiyalarının yaşadılmasına və təbliğinə istiqamətlənmiş çoxsaylı tədbir, layihə həyata keçirir.

 

“Bugünkü tədbir də Heydər Əliyev irsinin öyrənilməsinə xidmət edir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasında müstəsna xidmətləri olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyev dühası Azərbaycanı düçar olduğu bəlalardan xilas etməklə yanaşı, Azərbaycançılıq, dövlətçilik və vətənçilik ideologiyasının yaradılmasında birbaşa iştirak edib” – deyə, Ramiz Göyüşov əlavə edib.

 

Millət vəkili, Atatürk Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında geniş məruzə ilə çıxış edib. Millət vəkili qeyd edib ki, bu gün xalqımızda yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının vahid ideya, vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində olduqca vacibdir. Azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən idealogiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir.

 

RİH başçısının müavini Aygün Əliyeva çıxışında Heydər Əliyev ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini diqqətə çatdırıb.

 

Tədbirin sonunda YAP-a yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. Nizami Cəfərova isə YAP Binəqədi rayon Təşkilatının Fəxri Fərmanı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR