Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar artıb, ödənişlər azalıb

Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar artıb, ödənişlər azalıb
# 25 yanvar 2016 09:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının 326,4 mln. manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, 2014-cü ilə nisbətən qeyri-həyat sığortası bazarı 0,7% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,6%-i və ya 76,2 mln. manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 72,9 mln. manatı tibbi sığortanın, 10,7%-i və ya 34,9 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,7%-i və ya 28,3 mln. manatı kasko sığortasının, 7,8%-i və ya 25,3 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 26,9%-i və ya 89 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə sığorta ödənişlərinin 71%-i və ya 128 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü il ilə müqayisədə 0,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 51,3 mln. manatı tibbi sığortanın, 26,1%-i və ya 33,4 mln. manatı avtomobillərin icbari sığortasının, 18,5%-i və ya 23,7 mln. manatı kasko sığortasının, qalan 14,4%-i və ya 19,6 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib. 2014-cü ildə bu rəqəm 39,7 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR