Ötən ay əsas kapitala yönəldilmiş vəsaitlərin 72%-ə yaxını xarici sərmayələrin payına düşüb

Ötən ay əsas kapitala yönəldilmiş vəsaitlərin 72%-ə yaxını xarici sərmayələrin payına düşüb
# 20 fevral 2016 09:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 629,4 mln. manat vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin ilk ayı ilə müqayisədə bu ilin yanvarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin məbləği 206,1 mln. manat və ya 48,69% artıb.

Hesabat dövründə xarici mənbələr üzrə əsas kapitala yönəldilən vəsaitin ümumi həcmdə xüsusi çəkisi 71,5% təşkil edib.

2015 və 2016-cı ilin yanvar ayının göstəricilərini müqayisə edəndə məlum olur ki, əsas kapitala vəsait yatıran xarici ölkələrin siyahısında ilk altılıqda yerdəyişmə və dəyişiklik baş verib. Belə ki, bu ilin yanvarına olan göstəricilərə əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 534,2 mln. manatı (84,9%-i) Birləşmiş Krallıq, Türkiyə, İsveç, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

2015-ci ilin yanvarında isə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 368,5 mln. manatı (87%-i) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran və Rusiya sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR