"Hazırda "Şahdəniz" yatağında 8 işləyən quyudan gündə orta hesabla 29 mln. kubmetr qaz və 7 min ton kondensat hasil olunur". "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Oil and Industry" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, işlənmənin əvvəlindən "Şahdəniz" yatağından 75 mlrd. kubmetr qaz və 19 mln. ton kondensat çıxarılıb.
X. Yusifzadə bildirib ki, 2016-cı ilin sentyabrın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,5 mlrd. kubmetr, Türkiyəyə isə 41,5 mlrd. kubmetr qaz verilib.