Stokholmdakı terror aktı ilə əlaqədar İsveçin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirib.
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
Məlumatda deyilir ki, cümə günü baş vermiş terror aktından sonra şənbə günü İsveçdə matəm elan olunub. Bununla əlaqədar bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-dək səfirlik binasındakı bayraq yarıya gədər endirilib. Saat 14:00-da isə bir dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, aprelin 7-də Stokholmdakı "Ahlens Mall" ticarət mərkəzi yaxınlığında terrorçunun yük avtomobilini insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Terroru törədən şəxslərdən biri, 39 yaşlı Özbəkistan vətəndaşı Rəhmət Akilov yaxalanıb.