Türkiyədə avtomobil qəzasında iki azərbaycanlı xəsarət alıb

Türkiyədə avtomobil qəzasında iki azərbaycanlı xəsarət alıb
# 10 may 2017 12:25 (UTC +04:00)

Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi “Mitsubihi” markalı avtomobil qəzaya düşüb.

 

APA-nın “corumhaber.com” saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.

 

F. İbraşimovun idarəetməni itirməsi nəticəsində avtomobil aşıb, yoldan çıxaraq tarlaya devrilib. 40 metrə qədər sürüklənən avtomobildə olan F. İbrahimov və yanında olan Zaur Ramazanov xəsarət alıb. Onlar Osmancıq Dövlət Xəstəxanasına yerləşdiriliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR