Ağcabədidə qohumlarının evini talan edib, avtomobillərini yandıran şairə hökm oxunub

Ağcabədidə qohumlarının evini talan edib, avtomobillərini yandıran şairə hökm oxunub
# 04 may 2017 08:41 (UTC +04:00)

Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub.

 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, 2014 və 2016-cı illərdə Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb.

 

İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ. Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb.

 

Laçın rayon məhkəməsinin qərarı ilə  İ. Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarıb.

 

 

İ. Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR