Həyat yoldaşını qəbiristanlıqda güllələyən sabiq polis əməkdaşı Ali Məhkəməyə müraciət edib

Həyat yoldaşını qəbiristanlıqda güllələyən sabiq polis əməkdaşı Ali Məhkəməyə müraciət edib
# 11 yanvar 2016 07:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həyat yoldaşını qəbiristanlıqda güllələyən sabiq polis əməkdaşı Rövşən Mehdiyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, R. Mehdiyevin kassasiya şikayətinə yanvarın 13-də baxılacaq.

Qeyd edək ki, R. Mehdiyev Suraxanı rayonun Günəşli qəsəbəsindəki qəbiristanlıqda həyat yoldaşı Cəmilə Mehdiyevaya ov tüfəngindən atəş açaraq onu öldürüb.

Hadisədən sonra Rövşən Mehdiyev “102” xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib. Hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gəlib. R. Mehdiyev könüllü polisə təslim olduqdan sonra cinayətdə istifadə etdiyi silahı da təhvil verib.


Rövşən Mehdiyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini deyib. Araşdırmalar zamanı R. Mehdiyevin keçmiş polis əməkdaşı olduğu məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Mehdiyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən R. Mehdiyev apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib. Lakin şikayəti təmin edilməyib.



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR