Putin Ərdoğanın rəhbərliyi altında Türkiyə xalqının vəziyyətdən çıxacağına inam ifadə edib

Putin Ərdoğanın rəhbərliyi altında Türkiyə xalqının vəziyyətdən çıxacağına inam ifadə edib
# 09 avqust 2016 13:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir".

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR