Azərbaycanda 2020-ci ildən elektron sağlamlıq kartının tətbiqi qaydası dəyişəcək

Azərbaycanda 2020-ci ildən elektron sağlamlıq kartının tətbiqi qaydası dəyişəcək
# 26 fevral 2016 14:07 (UTC +04:00)

Bakı. Ramz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, “Elektron sağlamlıq kartı” sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir.

Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir. Sağlamlıq kartı sisteminə daxil edilmiş informasiya Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Kartda olan informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər. Elektron sağlamlıq kartında olan pasport və şəxsiyyət vəsiqələrinin doldurulmasına aid məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Dəyişikliyə əsasən 2020-ci il yanvarın 1-dən 15 yaşı tamam olmamış Azərbaycan ı vətəndaşının elektron sağlamlıq kartı üzrə məlumatları onun fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipdə) yerləşdirilməsi üçün Əhalisinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR