® Məişət texnikası istehsalı üzrə dünya lideri “Electrolux” Bakıda mağaza açıb

<font color=red>® </font>Məişət texnikası istehsalı üzrə dünya lideri “Electrolux” Bakıda mağaza açıb
# 23 noyabr 2016 13:56 (UTC +04:00)

Ev təsərrüfatı və peşəkar istifadə üçün məişət texnikası istehsalı üzrə dünya lideri olan İsveçin “Electrolux” şirkəti Bakıda rəsmi mağazasının açılışı olub.

170 kvadrat metr sahəyə malik mağazada “Electrolux” şirkətinin ən son yenilikləri alıcılara təqdim olunub. Mağazada məhsulları yerindəcə sınamaq, peşəkar texnikanın sirləri ilə yaxından tanış olmaq mümkündür.

Mağazanın açılış mərasimində İsveçin Azərbaycandakı müvəqqəti işlər Tomas Danestad, “Electrolux” şirkətinin Ukrayna və Qafqaz üzrə direktoru Aleksandr Kuzik, “Electrolux” şirkətinin Mərkəzi Avropa üzrə satış rəhbəri Tomaş Sipitovskiy, potensial müştərilər, tərəfdaşlar, istehlakçılar və media nümayəndələri iştirak edir.

İştirakçılar şirkətin “Electrolux”, AEG və “Zanussi” kimi ticarət nişanlarının məhsulları ilə tanış olub.

İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar xarici investisiyalar üçün şərait yaradır.

“Electrolux” şirkətinin Ukrayna və Qafqaz üzrə direktoru Aleksandr Kuzik bildirib ki, şirkət müştəri tələblərinin qarşılanması məqsədilə onların hərtərəfli araşdırılması əsasında düşünülmüş dizayn və innovativ yanaşmalara xüsusi diqqət ayırır: “Ətraflı düşünülmüş dizayn konsepsiyası funksionallıq, istifadə rahatlığı, məhsulun əldə oturması, xarici görünüşü və müştərinin ona maraq göstərdiyi andan məhsulu əldə etməsi, quraşdırması və istifadə zamanı ümumi təəssüratlarını əhatə edir. Azərbaycanın paytaxtı Bakı şəhərində mağazamızın açılışına şadıq və əminik ki, “Electrolux” istehlakçıların bütün gözləntilərini doğruldacaq”.

Açılış mərasimində bildirilib ki, “Electrolux” şirkəti məhsullarının, xidmətlərinin və istehsalının ətraf mühitin qorunması prinsiplərinə uyğunluğunu təmin etmək üçün bütün səylərini səfərbər edir. Bu məqsədlə məhsulların istehsal prosesi ətraf mühitə mənfi təsirin azaldılması ideyasına yönəlib. Daimi təkmilləşdirmə məqsədilə enerji istehlakının, tullantıların və çirkləndirmənin mütəmadi nəzarətdə saxlanması həyata keçirilir. Qrup ekologiya qanunvericiliyinə təşəbbüskar yanaşmanın tərəfdarıdır və tədarükçüləri də “Electrolux”un əməl etdiyi ekoloji prinsiplərə keçməyi həvəsləndirir.

“Electrolux” şirkətinin Mərkəzi Avropa üzrə satış rəhbəri Tomaş Sipitovskiy qeyd edib ki, “Electrolux” şirkətində hər kəs gündəlik həyatı daha asan və xoşagələn etmək kimi bir məqsədi bölüşür: “Əməkdaşlarımızın fəaliyyəti bu məqsədə nail olunmasına yönəlib və onların hər biri qrupun uğurlarına öz töhfəsini verir. Şirkət “Electrolux”, AEG, “Zanussi” ticarət nişanları altında soyuducu, qabyuyan və paltaryuyan maşınlar, tozsoran və mətbəx plitələri istehsal edir. Hər il şirkət 150 bazarda 60 milyon məhsul vahidi realizə edir”.

Qeyd olunub ki, “Electrolux”un qlobal olaraq əməkdaşlarının sayı 58 min nəfər təşkil edir. Şirkətin istehsal obyektləri və elmi-araşdırma mərkəzləri dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir. “Electrolux”un məhsul çeşidlərinə sobalar, plitələr, aspiratorlar, soyuducular, buz kameraları, çaxır dolabları, qabyuyan və paltaryuyan maşınlar, tozsoranlar, kiçik məişət texnikası, yemək hazırlanması üçün faydalı aksessuarlar və s. daxildir.

"Electrolux" mağazası 28 may, 69 ünvanında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR