Bakı-APA. Ötən gecə Rusiyada iki polis güllələnərək öldürülüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kabardin-Balkarın Proxladnensk rayonunda baş verib.
Naməlum şəxs polis dəstəsinə atəş açıb və nəticədə 2 polis əməkdaşı həyatını itirib. Hazırda hadisənin təfərrüatları araşdırılır və cinayətkarın yaxalanması istiqamətində tədbirlər görülür.