Lənkəran sakininin torpaq sahəsində çətənə kolları aşkarlanıb

Lənkəran sakininin torpaq sahəsində çətənə kolları aşkarlanıb
# 31 iyul 2016 23:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.


APA-nın cənub bürosunun məlumatına görə, keçirilmiş tədbir nəticəsində rayonun Moğonojba kənd sakini, 1981-ci il təvəllüdlü Sultan Hüseyn oğlu Həsənova məxsus payı bəlli torpaq sahəsində kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş 11 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlanıb. Aşkar edilən narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.


Şübhəli şəxs qismində saxlanılan S.Hüseynov barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. İstintaqa verdiyi ifadəsində o, narkotik tərkibli bitkini şəxsi istifadəsi məqsədilə becərdiyini bildirib.


Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR