Abşeronda iki avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 7-də saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Zəngilan rayon sakini Faiq Quliyev idarə etdiyi "Daevoo" markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ayaz Əfəndiyevin idarə etdiyi "BMW" markalı avtomobilə vurub və nəticədə F.Quliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.