Bakı-APA. Oktyabrın 3-də Moskva Hərbi Məhkəməsi müxalif lider Boris Nemtsovun qətlində təqsirli bilinənlərə qarşı cinayət işinə baxmağa başlayacaq.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Boris Nemtsovun qətlində təqsirləndirilən 5 nəfərin cinayət işi iyunda məhkəməyə göndərilib.
B. Nemtsov 2015-ci il, fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılan Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib.