Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edərək bildirib ki, Ş. Abduləliyev hadisə baş verən gün xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib, bununla bağlı xəstəxanadan məktub da alıb. O, həmin məktubun iş materiallarına əlavə edilməsini istəyib. Prokuror buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Z. Sadıqova hadisə yerinə təcili tibbi yardım maşını çağırıldığını deyən polis əməkdaşlarının ifadələrinin iş materiallarından çıxarılması, məhkəmədə yalan ifadə verdikləri üçün barələrində tədbir görülməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
İclasda çıxış edən vəkil Yalçın İmanov isə deyib ki, şahidlər Valeh Abbasov, Samir Babayev və digər şahidlər Sabunçu rayon Polis İdarəsinə aparılaraq təzyiqə məruz qalıblar.
Vəkil Gülşən Salmanova bu faktla bağlı Baş Prokurorluğa müraciət olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Bildirilib ki, faktla bağlı bu gün Bakı şəhər Prokurorluğuna məktub yazılacaq və məsələnin təcili yoxlanılıb məlumat verilməsi istəniləcək.
Sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, Dövlət Neft Şirkətində işləyir və sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub: "Bir dəfə İmam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa "doğrudur" yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb".
F. Sadıqov ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirib ki, F. Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə onun irqi, milli, dini ayrı-seçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır. O deyib ki, F. Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparır.
Daha sonra iclasda İlkin Məmmədov dindirilib. O, "Azadxəbər.az" saytında redaktor işlədiyini, Taleh Bağırovun hakimiyyət əleyhinə çıxış etmədiyini, onun çıxışlarını ancaq internet vasitəsi ilə izlədiyini deyib.
Şahid Məmmədov İlkin Tapdıq oğlu iş üzrə ibtidai istintaqa ifadələrində isə göstərib ki, Taleh Bağırovun çıxışları hakimiyyət nümayəndələrinə qarşı yönəlib. Taleh Bağırov «Müsəlman Birliyi Hərəkatı»nin sədri, Elçin Qasımov isə həmin təşkilatın sədr müavini olub. Həmin din xadimləri çıxışlarında «bu qədər zülm etmək olmaz, bu zülm qəbuledilməzdir, xalq etirazını bildirməlidir», Taleh Bağırov isə «nə vaxta qədər xalqa zülm edəcəksiniz» sözlərini deyiblər. Elçin Qasımov da Taleh Bağırov kimi çıxışlar edib, Zülfüqar Mikayılov isə hicabla bağlı qadağanın qanunsuz olduğunu bildirib. Elçin Qasımov və Zülfüqar Mikayılovun çıxışlarına qulaq asmaq üçün «Facebook» sosial şəbəkəsindən onların namazlarını Maştağa qəsəbəsində yerləşən «Əbülfəz Abbas» məscidində qıldıqlarını və orada çıxışlar etdiklərini öyrənib həmin məscidə getməyə başlayıb. Məscidə gedib-gəldiyi üçün Elçin Qasımov və Əbülfəz Bünyatov ilə yaxın münasibətləri yaranıb. Onun jurnalistika sahəsində çalışdığı və yeni iş axtardığını bildikləri üçün ona «Azadxəbər.az» saytında redaktor vəzifəsində işləməyi təklif ediblər. O da razılaşıb.
Şahid Samir Mirzəzadə də oxşar ifadə verib. O, iş üzrə ibtidai verdiyi ifadəsində isə göstərib ki, kompüter proqramları ilə işləməyi bacardığı üçün 2014-cü ilin fevral ayında Ramin Cəfərov adlı şəxsin təklifi ilə «Azad xəbər» internet saytına işə düzələrək müxtəlif fotoşəkillərin sayta yerləşdirilməsi ilə məşğul olub. 2015-ci ilin yavnar ayında Elçin Qasımov, Əbülfəz Bünyatov və Ağa-Əli Yəhyayev mətbuat konfransı keçirərək «Müsəlman Birliyi Hərəkatını»nın yaradıldığını elan ediblər. Onlar hərəkatın lideri Taleh Bağırov olduğunu, lakin sonuncu həmin vaxtı həbsdə olduğu üçün sədr əvəzi Elçin Qasımov olacağını bildiriblər. Elçin Qasımov hərəkatın mətbuat xətti «Azad xəbər» saytının olduğunu, lakin bir müddət sonra qəzet də nəşr edəcəklərini bəyan edib. Bir müddət sonra Əbülfəz Bünyatov «Əzadnyus» qəzeti nəşr etdirib və 1000 nüsxədə çap olunub. Hərəkat olaraq onlar bir neçə dəfə yığıncaqlar keçiriblər. Maliyyə işlərinə Nahid Qəhrəmanov rəhbərlik edib və maliyyələşmə də yalnız hərəkat üzvlərinin ianələri əsasında formalaşıb. Hərəkat üzvləri ofisə üzərində «Allah rizası üçün pul verin ki, Allah da ruzinizi artırsın» yazısı olan şəffaf plastik qutular gətirməklə, həmin qutular vasitəsi ilə yığılan pulların hesabına işçilərin maaşları ödənilib. 26 noyabr 2015-ci il tarixdə sosial şəbəkədə Nardaranda baş verən hadisələr haqqında oxuyub. Polislə Taleh Bağırovun tərəfdaşları arasında atışma olduğunu, hər iki tərəfdən ölən və yaralanan oluğunu bilib. Bundan sonra onlar ofisi tərk edib bir daha ora qayıtmayıb.
Prosesdə fasilə elan edilib.
Günün ikinci yarısında davam etdirilən prosesdə hakim bildirib ki, şahidlərin Sabunçu Rayon Polis İdarəsinə çağırılıb,təzyiqə məruz qalmalarının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət ediblər. Prokurorluq araşdırma üçün məhkəmədən vaxt istəyib.
Daha sonra vəkillər çıxış edərək təqsirləndirilən şəxslərlə bağlı ekspertiza keçirən ekspertin heç bir avadanlıqdan istifadə etmədiyini, xəsarətləri qeydə almadığını bildiriblər. Hakim deyib ki, həmin məsələ ilə bağlı Ekspertiza İdarəsinin rəhbərliyinə müraciət edəcək.
Proses noyabrın 7-də davam edəcək.
***
saat 14.07
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edərək bildirib ki, Ş. Abduləliyev hadisə baş verən gün xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib, bununla bağlı xəstəxanadan məktub da alıb. O, həmin məktubun iş materiallarına əlavə edilməsini istəyib. Prokuror buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Z. Sadıqova hadisə yerinə təcili tibbi yardım maşını çağırıldığını deyən polis əməkdaşlarının ifadələrinin iş materiallarından çıxarılması, məhkəmədə yalan ifadə verdikləri üçün barələrində tədbir görülməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
İclasda çıxış edən vəkil Yalçın İmanov isə deyib ki, ötən iclas zamanı ifadə verən şahidlər Valeh Abbasov və Samir Babayev istintaq zamanı verdikləri ifadələrdən imtina ediblər. Buna görə də onlar və məhkəmədə ifadə verəcək digər şahidlər Sabunçu rayon Polis İdarəsinə aparılıblar.
Vəkillər bunu məhkəməyə təzyiq kimi qiymətləndiriblər.
Vəkil Gülşən Salmanova bu faktla bağlı Baş Prokurorluğa müraciət olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Bildirilib ki, faktla bağlı bu gün Bakı şəhər Prokurorluğuna məktub yazılacaq və məsələnin təcili yoxlanılıb məlumat verilməsi istəniləcək.
Sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, Dövlət Neft Şirkətində işləyir və sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub: "Bir dəfə İmam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa "doğrudur" yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb". O, istintaq zamanı verdiyi ifadənin təhrif edildiyini, F. Qəhrəmanlının statusun oxuyandan sonra onda dövlət çevrilişi etmək kimi hiss yaranmadığını deyib.
F. Sadıqov ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirib ki, F. Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə onun irqi, milli, dini ayrı-seçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır. O deyib ki, F. Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparır.
Daha sonra iclasda İlkin Məmmədov dindirilib. O, "Azadxəbər.az" saytında redaktor işlədiyini, Taleh Bağırovun hakimiyyət əleyhinə çıxış etmədiyini, onun çıxışlarını ancaq internet vasitəsi ilə izlədiyini deyib.
Şahid Samir Mirzəzadə də oxşar ifadə verib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.