Bakı. Məlahət Nəcəfova-APA. Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələri dövlət başçılarının iclası başlayıb.
APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, görüşdə MDB ölkələri dövlət başçılarının bəyanatı, MDB ölkələrinin müasir reallıqlara uyğunlaşması, gələn il MDB-yə sədrlik məsələləri müzakirə olunacaq.
Ümumilikdə toplantıda 25 məsələnin müzakirəsi gözlənilir. Sammitin yekununda çoxtərəfli sənədlərin qəbulu planlaşdırılır.
İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.