"Exxon" korporasiyasına daxil olan şirkət Azərbaycandakı filialını bağlayıb

"Exxon" korporasiyasına daxil olan şirkət Azərbaycandakı filialını bağlayıb
# 17 fevral 2016 07:46 (UTC +04:00)

Bakı - APA-Economics. Baham Adaları Birliyinin "Ekson Saus Kaspian Limited" ("Exxon South Caspian Limited") şirkəti Azərbaycandakı filialını ləğv edir. Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, şirkət bununla bağlı ləğvetmə komissiyası yaradıb.

Kreditorlar iki ay ərzində tələblərini şirkətin filialına ünvanlaya bilər.

Qeyd edək ki, "Exxon South Caspian Limited" ABŞ-ın "Exxon Corporation" neft-qaz korporasiyasına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR