Naxçıvan istiqamətində Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub

Naxçıvan istiqamətində Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub
# 27 avqust 2016 13:42 (UTC +04:00)

Bakı – APA. Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycanın hava məkanını pozmağa və hərbi mövqelər üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, aparat Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR