Xırdalanda mağaza yanıb

Xırdalanda mağaza yanıb
# 03 yanvar 2016 07:08 (UTC +04:00)

Bakı – APA. Abşeron rayonu Xırdalan şəhərində ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində alkopandan ibarət divar üzlüyü 15 kv.m yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR