Bakı-APA. Yunanıstan sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Zakinf şəhərindən 20 km cənub-şərqdə, ocağı isə 21 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.