Ankarada terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Ankarada terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
# 18 fevral 2016 09:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Fevralın 17-də Ankarada törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, terrorçu kamikadzenin Ankaranın mərkəzində törətdiyi terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR