Bu ilin 6 ayında AÇG-dən gündəlik 655 min bareldən artıq neft hasil edilib

 Bu ilin 6 ayında AÇG-dən gündəlik 655 min bareldən artıq neft hasil edilib
# 22 avqust 2016 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, iki rüb ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (51 000), “Mərkəzi Azəri” (153 000), “Qərbi Azəri” (117 000), “Şərqi Azəri” (71 000), “Dərinsulu Günəşli” (136 000) və “Qərbi Çıraq” (127 000) platformalarından birlikdə – gündə orta hesabla 655 000 barel və ya ümumilikdə 119 mln. bareldən artıq, yəni 16 mln. ton təşkil edib.

İyun ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 43 qaz və su injektor quyusu istismarda idi.

Bu ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 260 mln. dollar əməliyyat məsrəfləri və 828 mln. dollar əsaslı məsrəflər xərclənib.

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited (OVL)” (2,7%) təşkil edib. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR