Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan ərazisində yanvarın 26-sı səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvarın 26-sı səhərədək ölkə ərazisində kəskin hava şəraiti davam edib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 5-45, Lənkəran-Astara zonasında 2-27, Mərkəzi-Aran rayonlarında 2-20, Kiçik Qafqazda 4-11, Qazax-Gəncə zonasında 1-8, Naxçıvan MR-da 4-7 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64, Şəki, Ağdərədə (Ordubad) 45, Qaxbaşda 40, Sinçay, Kişçay (Şəki) 38, Zaqatalada 37, Qəbələdə 36, Oğuzda 32, Balakəndə 31, Altıağacda 26, Kirən, Gədəbəydə 22, Şamaxıda 19, İsmayıllıda 18, Yardımlıda 17, Şahbuzda 16, Xınalıq, Qubada 15, Qubanın dağlıq ərazilərində 35-46, dağətəyi rayonlarında 3-26, Ağsu, Daşkəsəndə 13, Göyçayda 11, Lerik, Ordubadda 10, Rvarudda 8, İmişlidə 7, Şərur, Naxçıvan, Kəlvəz, Göygöldə 6, Mərəzədə 5, Tovuz, Zərdabda 4, Maştağa, Cəfərxan, Qazıməmməd, Biləsuvar, Lənkəranda 3, Xaçmaz, Göytəpə, Nabran, Bakıda 2, Binədə 1, Şabranda 0.3 sm təşkil edib.
Şimal-qərb küləyi bəzi yerlərdə güclənib.