Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub

Şirvanda  avtoxuliqanlıq edən şəxs tutulub
# 15 iyul 2015 09:30 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində avtoxuliqanlıq edən şəxsə 20 sutka həbs cəzası verilib.

Şirvan Şəhər Polis Şöbəsinin Yol Polisi Bölməsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 14-də Şirvan şəhəri Rəsulzadə prospektində avtoxuliqanlıq edən Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Baladdaşlı Adəm Ədalət oğlu idarə etdiyi VAZ 2107 markalı, 24 BF 670 dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq edərkən DYP əməkdaşları tərəfindən saxlanılıb.

Yol hərəkət qaydalarını kobud şəkildə pozan, polisin qanuni tələblərinə tabe olmayan A. Baladdaşlının saxlanılmasına əlavə olaraq post-patrul xidmətinin əməkdaşları cəlb olunub. Bu gün Şirvan şəhər Məhkəməsinin qərarı ilə Adəm Baladdaşlı İnzibati Xətalar Məcəlləsinin 296-1.1 və 310.1 maddələri təqsirli bilinib, ona 20 sutka həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR