Qızıl 5 dollardan çox ucuzlaşıb

Qızıl 5 dollardan çox ucuzlaşıb
# 25 fevral 2016 05:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,32% - 16 484,99 bəndədək, S&P 500 0,44% - 1 929,80 bəndədək, NASDAQ isə 0,87% - 4 542,61 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,60% - 5 867,18 bəndədək, Almaniya DAX-ı 2,64% - 9 167,80 bəndədək, Fransa CAC-40-ı 1,96% - 4 155,34 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 5,40 dollar ucuzlaşaraq 1 233,70 dollara, gümüş isə 0,04 dollar azalaraq 15,39 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR