ABŞ-da 9 nəfəri qətlə yetirən şəxs saxlanılıb - VİDEO

ABŞ-da 9 nəfəri qətlə yetirən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 18 iyun 2015 23:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-da afro-amerikanlıların kilsəsinə daxil olaraq 9 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, 21- yaşlı kaliforniyalı Dilan Ruf hadisənin törədildiyi Şimali Karolina ştatında yaxalanıb.

Qeyd olunur ki, qətlin irqi nifrət zəminində olmasının bütün əlamətləri var. Bundan başqa məlum olub ki, 2015-ci ilin martında D.Ruf narkotiklərlə bağlı cinayət işinin fiqurantı olub.

Xatırladaq ki, insident Şimali Karolina ştatının Çarlston şəhərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR