ABŞ-da əlil uşaqları daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb

ABŞ-da əlil uşaqları daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb
# 03 avqust 2013 01:21 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missuri ştatında lal-kar uşaqları daşıyan avtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 13.30-da (Bakı vaxtı ilə 23.30-da) baş verib. Qəza nəticəsində 10-18 yaşlarında olan 15 əlil məktəbli, 2 tərbiyəçi və sürücü müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

ABC telekanalının verdiyi xəbərə görə, yaralıların həyatına təhlükə yoxdur.

Qəzanın səbəbləri barədə xəbər verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR