ABŞ-da iki qatar toqquşub, 30-dək insan xəsarət alıb

ABŞ-da iki qatar toqquşub, 30-dək insan xəsarət alıb
# 18 may 2013 02:46 (UTC +04:00)

Bakı-APA. ABŞ Konnektikut ştatında iki qatarın toqquşması nəticəsində ən azı 30 nəfər xəsarət alıb. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.

Qatarlardan biri Feyrsfild - Bricport, digəri isə Nyu-Heyven - Nyu-York marşrutu ilə hərəkət edirmiş. Toqquşma zamanı qatarlardan biri relsdən çıxıb.

Hadisə Feyrsfild yaxınlığında baş verib. Həlak olan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR