ABŞ-da iki qatar toqquşub, xəsarət alanlar var

ABŞ-da iki qatar toqquşub, xəsarət alanlar var
# 25 may 2013 17:56 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missuri ştatının Rokvyu şəhərində iki qatarın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə dairənin şerifi Skott Rik Uolter bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 02.30 radələrində (Bakı vaxtı ilə 12.30-da) biri sərnişin qatarı olmaqla iki qatar naməlum səbəblərə görə dəmir yollarının kəsişməsində toqquşub. Qəza zamanı qatarlardan biri relsdən çıxararaq dəmir yolunun üzərindən keçən avtomobil estakadasını uçurub. Qəza baş verən an estakadada bir neçə avtomobil hərəkətdə olub. Qəzadan sonra hadisə yerində yanğın baş verib.

Uolterin sözlərinə görə, yanğın qısa zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb. Qəza nəticəsində avtomobillərdə olan 5 nəfər və 2 qatar sərnişini xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR