ABŞ-ın Florida ştatında partlayış törədilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Leyk-Uels şəhərində ticarət mərkəzinin qarşısında əldə düzəldilmiş partlayıcı qurğu işə düşüb.
Hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. Ticarət mərkəzi təxliyə edilib. İnsidentlə əlaqədar iki nəfərin axtarıldığı bildirilir.