ABŞ-ın Nyu Cersi ştatında yaşayış binasında baş vermiş partlayış nəticəsində 15 nəfər yaralanıb

ABŞ-ın Nyu Cersi ştatında yaşayış binasında baş vermiş partlayış nəticəsində 15 nəfər yaralanıb
# 25 fevral 2015 04:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Stafford şəhərində (Nyu Cersi ştatı) ötən gün güclü partlayış baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 6 nəfər yanğınsöndürən və 7 nəfər qaz şirkətinin əməkdaşı olmaqla 15 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz sızması olub. Bir neçə binanın sakinləri qaz sızması faktı ilə bağlı qazpaylayıcı şirkətə müraciət edib. Sakinlər ərazidən təxliyə olunub. Mütəxəssislər nasazlığı aradan qaldırmaq məqsədi ilə əraziyə gəldikdən sonra güclü partlayış baş verib.

Partlayışın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR