ABŞ aviadaşıyıcı gəmisini Fars körfəzindən geri çəkir

ABŞ aviadaşıyıcı gəmisini Fars körfəzindən geri çəkir
# 06 avqust 2015 09:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ hərbi komandanlığı Fars körfəzində olan yeganə aviadaşıyıcı gəmi “Teodor Ruzvelt”i geri çəkmək barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Pentaqonun məlumatına görə, qərar gəmidə təmir işlərinin aparılması ilə əlaqədar qəbul edilib. Gəmi körfəzi oktyabrda tərk edəcək.


Onun əvəzinə isə bölgəyə “Harri Truman” gəmisi göndəriləcək. Bu, qış aylarından tez baş verməyəcək.

Qeyd edək ki, İraqda İŞİD-in mövqelərinə aviazərbələrin endirilməsi üçün “Teodor Ruzvelt”dən istifadə olunurdu.

Pentaqon Fars körfəzindəki müvəqqəti boşluğun ABŞ-ın müdaifə qabiliyyətinə təsir göstərməyəcəyini bildirib.

“Vaşinqton zəruri olduğu halda yerüstü bazalardan bölgəyə əlavə təyyarələr göndərə bilər”, - deyə Pentaqondakı mənbə bildirib.

Qeyd edək ki, son illərdə ABŞ-ın Fars körfəzində ən azı iki hərbi təyyarə daşıyan gəmisi olub. Lakin 2013-cü ildə müdafiə büdcəsinə edilmiş ixtisarlar nəticəsində Vaşinqton regionda hərbi-dəniz qüvvələrinin sayını müvəqqəti azaltmaq barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR