ABŞ Ebola virusu ilə mübarizəyə 1 milyard dollar ayıracaq

ABŞ Ebola virusu ilə mübarizəyə 1 milyard dollar ayıracaq
# 20 sentyabr 2014 00:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, artıq bir qrup ABŞ hərbçisi Ebola virusunun tüğyan etdiyi Liberiyaya gəlib. Yaxın günlərdə qərargahın yaradılması üçün daha 45 nəfərin bu ölkəyə gələcəyi gözlənilir.

Sentyabrın 16-da ABŞ prezidenti Barak Obama Atlanta şəhərində, yoluxucu xəstəliklərin yayılması üzrə nəzarət Mərkəzində çıxış edərkən Ebola virusu ilə mübarizəyə 500 milyon dollar ayırmaq niyyətində olduğunu bildirmişdi.

“Daha 500 milyon dollar bilavasitə virusdan əziyyət çəkən ölkələr üçün nəzərdə tutulub”, deyə Kirbi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR