Bakı-APA. ABŞ Konqresi İrana qarşı əlavə sanksiyalar barədə qanun layihəsini təsdiqləyib.
Yeni qanun layihəsinə görə, il ərzində İran neftinin gündəlik ixracı daha 1 milyon barel azaldılır.
APA-nın məlumatına görə, qanun layihəsinin lehinə 400, əleyhinə isə 20 nəfər səs verib. Layihə senat tərəfindən də təsdiqlənməli və prezident Barak Obama tərəfindən imzalanmalıdır.