Tramp hökumətin işini iki həftə uzadıb- YENİLƏNİB-1

Tramp hökumətin işini iki həftə uzadıb- <span style="color: red;">YENİLƏNİB-1
# 23 yanvar 2018 03:19 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə haqqında qanunu imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

Bundan əvvəl sənəd səsvermə yolu ilə Konqresin hər iki palatasında təsdiqlənib.

Beləliklə, federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək. Sənəd fevralın 8-ə qədər qüvvədə qalacaq. Bu, 2017-ci ilin oktyabrından etibarən qəbul edilən sayca 4-cü müvəqqəti büdcədir. Buna Konqresdə Respublikaçılar və Demokratlar arasında xüsusən immiqrasiya ilə bağlı məsələlərə dair fikir ayrılığı səbəb olub.

***

03:39

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamənin lehinə 266, əleyhinə isə 150 Palata üzvü səs verib.

Bundan əvvəl ABŞ Senatı müvəqqəti büdcənin lehinə səs verib. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezident D.Trampa göndəriləcək. Beləliklə, federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək.

***

01:48

ABŞ Senatı fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamənin lehinə 265, əleyhinə isə 149 senator səs verib. Bundan sonra qanun layihəsi Nümayəndələr Palatasına təqdim ediləcək.

Beləliklə, ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Federal hökumət şənbə günündən etibarən bir sıra funksiyaların yerinə yetirilməsini dayandırıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR