ABŞ və «Taliban» arasındakı danışıqlar baş tutmayıb

ABŞ və «Taliban» arasındakı danışıqlar baş tutmayıb
# 29 iyun 2013 02:50 (UTC +04:00)

Bakı-APA. ABŞ və «Taliban» hərəkatı arasında Qətərin paytaxtı Dohada amerikalı elçi Ceyms Dobbinsin iştirakı ilə keçirilməli olan danışıqlar baş tutmayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Patrik Ventrell məlumat verib.

«Danışıqlar alınmayıb. Onu deyə bilərəm ki, səfir Dobbins ABŞ-a qayıdır, o təyyarədədir», deyə Ventrell bildirib.

ABŞ 2001-ci ildə «Taliban» hərəkatını Əfqanıstanda hakimiyyətdən devirib və sonrakı illər ərzində bu hərəkatla mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR