ABŞ və Fransa müdafiə nazirləri “İslam dövləti”nə qarşı koalisiyanın strategiyasını müzakirə ediblər

ABŞ və Fransa müdafiə nazirləri “İslam dövləti”nə qarşı koalisiyanın strategiyasını müzakirə ediblər
# 12 sentyabr 2014 08:17 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ABŞ-ın müdafiə naziri Çak Hagel fransalı həmkarı Han-İv le Drianla “İslam dövləti” qruplaşmasına qarşı koalisiyanın strategiyasını müzakirə edib.

APA - nın Pentaqonun rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlərin telefon danışığında silahlı qruplaşmaya qarşı fəaliyyət planının əsas istiqamətlərindən və iki ölkənin silahlı qüvvələrinin birgə əməkdaşlığından söz açılıb.

Söhbət əsnasında həmçinin sözügedən məsələ ilə bağlı gələn həftə Parisdə beynəlxalq konfransın təşkili ilə bağlı razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR