Ağ Ev: Prezident Trampın Davosa səfəri sual altındadır

Ağ Ev: Prezident Trampın Davosa səfəri sual altındadır
# 22 yanvar 2018 18:30 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Davosda keçirilən beynəlxalq iqtisadi foruma səfəri hökumətin işinin dayandırılması səbəbindən sual altındadır.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

«Düşünmürəm ki, bu mümkündür. Hazırda prioritetimiz hökumətin işini bərpa etməkdir”, deyə S.Sanders vurğulayıb.

Yanvarın 20-ə keçən gecə ABŞ-da maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR