Argentinada avtobusun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər ölüb

Argentinada avtobusun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər ölüb
# 02 sentyabr 2014 17:55 (UTC +04:00)

Argentinada sərnişin avtobusu neft məhsulu daşıyan yük maşını ilə toqquşub, nəticədə azı 10 nəfər ölüb, daha 4 sərnişin xəsarət alıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Santyaqo-del-Estero əyalətində Bakı vaxtı ilə 15.40-da baş verib. Məlumata görə, salonunda 15 müəllimin olduğu avtobus Loreto şəhərinə gedirmiş.

Avtobus hələlik məlum olmayan səbəbdən əks hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR