Barak Obama: "Suriya müxalifəti kimyəvi silahdan istifadə edə bilməzdi"

Barak Obama: "Suriya müxalifəti kimyəvi silahdan istifadə edə bilməzdi"
# 29 avqust 2013 00:41 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama hesab edir ki, Suriya müxalifəti kimyəvi silahdan istifadə edə bilməzdi. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Obama “PBS Newshour” verilişinə müsahibəsində deyib. O həmçinin qeyd edib ki, Suriyada kimyəvi silahın tətbiqinə Vaşinqtonun necə cavab verəcəyini hələ müəyyənləşdirməyib.

“Mən qərar qəbul etməmişəm. Hərbçilər mənə müxtəlif variantlar təqdim edib. Mən Milli Təhlükəsizllik Şurası ilə bağlı müzakirələr aparıram”, - deyə o vurğulayıb.

Obama eyni zamanda Suriya probleminin həlli naminə Rusiya və digər ölkələrlə əməkdaşlığa hazır olduqlarını bildirib: “Ümid edirik ki, Suriyadakı böhranın siyasi həll yolu var”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR