Barak Obama şotlandları müstəqilliyin əleyhinə səs verməyə çağırıb

Barak Obama şotlandları müstəqilliyin əleyhinə səs verməyə çağırıb
# 18 sentyabr 2014 09:54 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ prezidenti Barak Obama şotlandları referendumda Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına “yox” deməyə çağırıb.

APA - nın məlumatına görə, bu barədə Ağ evin rəsmi “Tvitter” səhifəsində bildirilir.

“Bu qeyri-sabit dünyada Birləşmiş Krallıq ABŞ üçün özəl tərəfdaşdır. Ümid edirəm ki, o güclü və vahid qalacaq”, - deyə Obama qeyd edib.

Xatırladaq ki, bu gün Şotlandiyada referendum keçirilir. Əgər şotlandlar müstəqilliyə səs versələr, 2016-cı ilin martın 24-də Şotlandiyanın müstəqilliyi elan olunacaq və həmin ilin may ayında ölkədə parlament seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR