Bakı-APA. BMT Qərb ölkələrinin Suriyada hərbi əməliyyat keçirmək planları fonunda əməkdaşlarını Suriyadan çıxarmaq niyyətində deyil. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki bildirib.
“Suriyada humanitar yardımla məşğul olan 1000-dək suriyalı əməkdaş çalışır”, deyə o qeyd edib. Nesirki əlavə edib ki, bu mühüm iş bundan sonra da davam edəcək.